Kadomatsu

Şinto məbədində kadomatsu.

Kadomatsu (門松?, "darvaza şamı")Yaponiyada yeni il ərəfəsində darvazaya qoyulan ənənəvi dekorasiya. Məqsəd ulu ruhları və ya bərəkət kamilərini qarşılamaqdır.[1] Kadomatsu Milad bayramından 5 yanvara qədər (Edo dövründə 7 yanvara) yerləşdirilir və kamilər üçün müvəqqəti ev hesab olunur. Kadomatsunun dizaynı regionlara görə dəyişir, lakin adətən şam, bambuk və ya umedən hazırlanır. Bu bitkilər, uyğun olaraq, uzunömürlülüyü, çiçəklənməni və mətanəti simvolizə edirlər.[2] Yeni il mərasimlərinin fundamental funksiyası bərəkət gətirən və hər kəsə əcdadların hifzini bəxş edən toşiqamini şərəfləndirmək və qarşılamaqdır. 15 yanvardan sonra (və ya 19 yanvardan) kadomatsu yandırılır və kamilərin getməsinə şərait yaradılır. Kadomatsunun Unicode sistemində simvolu da var.[3]

  1. "Arxivlənmiş surət". 2016-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-16.
  2. "Lucky food, charming decorations, visiting deities: welcoming the new year with history, tradition | The Japan Times". The Japan Times (ingilis). 2019-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-16.
  3. "Pine Decoration Emoji". Emojipedia. 2018-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-16.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search